Xanım nazir Anna Beate Tvinnereym görüşdən sonra “X” şəbəkəsində yazıb ki, “doktor Qubad İbadoğlu ilə görüşə görə minnətdaram. Onun və həbsdə olan digər fəalların sağlamlığı və vəziyyəti ilə bağlı dərin narahatlığımı bildirirəm. Qanuni vətəndaş fəaliyyətinə görə həbslər əsas hüquqların pozulmasıdır. Adekvat tibbi yardım humanitar öhdəlik sayılır.”Norveçin Beynəlxalq İnkişaf naziri Anna Beate Tvinnereym Qubad İbadoğlunun sağlamlığı və ona tətbiq edilən məhdudiyyətlər və siyasi məhbusların vəziyyəti ilə bağlı narahatlığını Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşü zamanı da səsləndirib. Ceyhun Bayramov bildirib ki, insan huquqlari ilə bagli tənqidlər sadəcə məlumat azligindan qaynaqlanir.