Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının qurucularından olan, ADR İdarə Heyəti sədrinin müavini, Azad Müəllimlər Birliyinin sabiq sədri, fəlsəfə doktoru Məlahət Mürşüdlünün vəfatından 2 il ötür. Məlahət Mürşüdlü fədakar, mübariz və çalışqan olmaqla yanaşı vətənpərvər ziyalılarımızdan idi. O davamlı olaraq yeni ideyalar və konsepsiyalarla demokratiya və azadlıqlar uğrunda mücadilə edirdi.
Məlahət xanımı heyranlıqla və həsrətlə xatırlayır, ehtiramla anırıq. Allah rəhmət eləsin!