Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası bəyanat yayaraq, Milli Məclisin noyabrın 29-da birinci oxunuşda qəbul etdiyi "Siyasi partiyalar haqqında" haqqında qanun layihəsini tənqid edib. Bu sənəd demokratikləşmə və inkişaf etmiş çağdaş dünyaya inteqrasiya kursuna, habelə Azərbaycan Konstitusiyasına zidddir, müxalif ADR belə hesab edir.
Baxmayaraq ki, Konstitusiyaya, Avropa İnsan Hüquqları Konvensiyasına və bu qanun layihəsinin 3.5-ci maddəsinə əsasən, siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir, yeni qanun qeydiyyatdan keçməmiş partiyaların siyasi fəaliyyətlə məşğul olmasını qadağan edir.
Eyni zamanda, partiyanın qeydiyyat sənədlərinin 50 təsisçinin hamısı tərəfindən imzalanmasını nəzərdə tutan norma tənqid edilir. 50 nəfərin eyni vaxtda bir notariat orqanında toplaşması, bu 50 nəfərin şəxsiyyətinin və fəaliyyət qabiliyyətinin yoxlanması praktik olaraq mümkün deyil.
Partiyanın 5 min üzvü haqqında məlumatların reyestrə təqdim edilməsi tələbi bu məlumatlardan onlara təzyiq üçün istifadə deməkdir.
Yeni qanunun 12.3.3-cü maddəsi keçirilən hər hansı seçkidə partiyanın iştirakını, bir vəzifə olaraq, məcburi edir və onun boykot və ya iştirak etməmək hüququnu pozur.
ADR hesab edir ki, bu qanun layihəsi mövcud hakimiyyətin mənafeyini müdafiə edir, ölkədə təkpartiyalılığın bərqərar olmasına, siyasi plüralizmin məhvinə hesablanıb.
"Hesab edirik ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının yeni Qanunun layihəsinin parlament müzakirəsi dayandırılmalı, bu sənəd Venetsiya Komissiyasının (VK) ekpertizasından keçirildikdən bu bəyanatdakı və VK-nın rəyindəki iradlar və təkliflər nəzərə alınmaqla ictimai müzakirəyə təqdim olunmalıdır".
ADR Partiyası Milli Məclis deputatlarını bu layihəyə səs verməməyə, demokratiya yolunu tutmuş siyasi partiyaları, vətətəndaş cəmiyyəti və media orqanlarını bu qanunun qəbul olunması əleyhinə mübarizədə birləşməyə çağırıb.