Vaşinqtonda yaşayan Smithsonian İnstitutunun professoru Nurida Gidayat bu gündən ADR Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini təyin edilib.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıda öncə görülmüş işlər və qərarların icra vəziyyəti nəzərdən keçirilib. Partiyanın Ali Məclisinin 6-cı sesiyasının qərarları və yekun sənədinin icrası istiqamətində fikir mübadiləsi aparılıb. İdarə Heyəti üzvləri ADR adından siyasi məhbusların azadlığı üçün görülən işlər barədə məlumat verib.
ADR Partiyasının qeydiyyatı ilə bağlı şikayətinə Ali Məhkəmənin baxmasından imtina edilməsi pislənilib.
ADR Partiyasının sədri Qubad İbadoğlu ötən ilin yekunlarına və bu ildən gözləntilərə dair məruzə edib. Məruzə ətrafında çıxışlarda diqqət Qarabağdakı vəziyyətə və əhalinin sosial durumuna cəlb edilib.
ADR Partiyasının 2023-cü il üçün fəaliyyət prorqamının tezisləri və Partiya qarşısında duran cari məsələlər müzakirə olunub.
İdarə heyətinin üzvləri partiya sədrinin təqdimatı ilə Nuridə Quliyevanın ADR sədrinin beynəlxalq məsələlər üzrə müavini təyinatı barədə məlumatlandırılıb.
Sonda cari məsələlərə baxılıb.