Xocalı şəhidlərini faciənin 31-ci ildönümündə ehtiramla və sayğı ilə yad edirəm. Təəssüf edirəm ki, 31 ildir ki, soyqırımı Xocalıda deyil Bakıda və Azərbaycanın digər yerlərində anır və Xocalıya ədalət deyə çağırışlar edirik. Rusiya ilə müttəfiqlik müqaviləsi göstərdi ki, bu çağırışlarımız heç zaman eşidilməyəcək. Çünki, Xocalı faciəsini ermənilər rusların köməyi törətdiyinə görə, Rusiya ilə müttəfiq olan Azərbaycanın hazırkı rəhbərliyi rusların qorxusundan Xocalıya heç bir hüquq müstəvisində ədalət tələb edə bilməyəcək.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, bizə də o gün qismət olsun ki, Xocalıları yurdlarına qaytarmaqla şəhidlərimizin ruhunu şad edək.
Professor Qubad Ibadoğlu, ADR Partiyasının sədri, London Iktisad Məktəbinin baş elmi işçisi