London Iktisad və Siyasi Elmlər (LSE) Məktəbinin baş elmi işçisi, ADR Partiyasının sədri, professor Qubad İbadoğlu Martın 9-10-da Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun (IFAT) dəvəti ilə 4 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyədə təşkil olunan Budapeşt Balkanlar Forumunda iştirak edib.

ADR partiyasının sədri Qubad İbadoğlu "Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycandan qaz nəqli imkanları və çətinlikləri" mövzusunda çıxış edib. Bu gün isə İFAT-ın direktoru Márton Schőberldən Budapeşt Balkanlar Forumun işinə verdiyim töhfəyə görə ADR Partiyası sədrinə təşəkkür məktubu ünvanlayıb.