ADR Partiyasının rəhbərliyinə aid şəxslər və eyni zamanda bir qrup partiya fəalları Dahi Öndər M,Ə.Rəsulzadənin Novxanı kəndində yerləşən heykəli ziyarət edərək, İstiqlal Banisinin heykəli önünə gül çələngi qoyublar. 28 May İstiqlal tarixi bir daha M,Ə,Rəsulzadə işığında çıxışçılar tərəfindən canlandırıldı, Şanlı tarixə istinad edilərək Azərbaycanın gələcəyi, demokratikləşməsi, dövlət və ordu quruculuğu, süverenliyi istiqamətində Cümhuriyyət qurucularının fəaliyyətiləri bir daha tədbir iştirakçıların diqqətinə çatdırıldı.