Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciətini qarşı tərəfin qanunsuz olaraq 6 dəfə geri qaytarmasından sonra Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ünvanlanan şikayət 26 may 2023-cü ildə icraata götürülüb. Bu barədə AİHM-in ADR Partiyasına ünvanladığı məktub bu günlərdə ünvana yetişdi. Həmin məktubu sizinlə bölüşür, AİHM-in ədalətli qərarını gözləyirik. Məlumat üçün bildirim ki, ADR Partiyasının qeydiyyatından Ədliyyə Nazirliyinin qanunsuz olaraq imtinasından Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunu haqqında birgə rəyində və ABŞ Dövlət Departamenti "2022-ci ildə Azərbaycanda İnsan Haqları" hesabatında narahatlıq ifadə olunub, qeyd edilib ki, qanuni tələblərə cavab verməsinə baxmayaraq formal nöqsanlara görə qeydiyyatdan imtina və qeydiyyatdan keçməyə qadağa partiyaların siyasi həyatında iştirak etmək hüququnu məhdudlaşdıra bilməz.