Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məlik saxlanılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu bildirib ki, saxlanmanın səbəbləri hələ məlum deyil. Lakin İbadoğlu hesab edir ki, çox güman ki, həbs Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin məhkəmə prosesin keçirildiyi Bakı Apellyasiya Məhkəməsinin qarşısında Məliyin jurnalistlərə müsahibəsilə  bağlıdır.

Hüseyn Məlik Salayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxladığına görə hakimiyyəti kəskin tənqid edib.