İyulun 14-də ADR İdarə Heyətinin üzvü,ictimai-siyasi fəal Hüseyn Məlik Bakının 3-cü mikrorayon dairəsi ərazisində naməlum şəxslər tərəfindən oğurlanmışdir. Sonradan etibarlı mənbədən əldə etdiyimiz məlumata görə axşam saatlarında məhkəmənin qərarı ilə Hüseyn bəyə 20 sutka həbs cəzası verilmiş və Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilmişdir. ADR İdarə Heyəti baş verən hadisəni Hüseyn Məlikin həm ictimai həyatda, həm də sosial şəbəkələrdəki siyasi fəallığı ilə əlaqələndirir, bunu hakimiyyət tərəfindən insan oğurluğu və fərdi azadlıqların pozulması kimi dəyərləndirir.

Odur ki, ADR İdarə Heyəti son dövrlər siyasi fəallara,açıq fikirli insanlara qarşı hakimiyyətin apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla olmaqla bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir.