Nərimanov rayon məhkəməsi istintaqın təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 204.3.1 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qubad İbadoğlu özünü təqsirli bilmir.