31 iyul 2022-ci il tarixində  Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məclisinin 5-ci sesiyası keçirilib.

Toplantının dövlət himni ilə açılışdan sonra Ali Məclis üzvləri qurucu babaların, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra təşkilati məsələlər çərçivəsində ADR Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Ədalət Yusubun təqdimatı ilə Yasamal və Füzuli rayon təşkilatlarının yeni seçilmiş sədrlərinin səlahiyyətləri təsdiq edilib.

ADR Partiyasının sədri Qubad İbadoğlu ictimai-siyasi vəziyyət və sosial-iqtisadi durumla bağlı məruzə edib. O məruzəsində beynəlxalq, bölgə və ölkə səviyyəsində gedən siyasi prosesləri, hakimiyyətdaxilində münasibətləri dəyərləndirib, müxalifət daxili konsolidasiyanın perspektivlərindən və ADR Partiyası qarşısında duran vəzifələrdən danışıb. Sonra məruzə ətrafında sərbəst müzakirələr başlayıb. Müzakirələrdə Ali Məclisin təhsil komissiyasının sədri Firəddin Eyvazov müəllimlərin sertifikasiyasından, Qarabağ Komissiyasının sədri Əlövsət Sadıqlı anti-terror əməliyyatı ehtiyaclarından, Səhiyyə komissiyasının sədri Əliş Mehdi cəmiyyətdə artan narazılıqdan, Gənclər qolunun rəhbəri Elşən Orucov təşkilati işlərin gücləndirilməsindən danışıb, Məclis üzvləri Səyyaf Musayev, Şakir Məmmədov, Yusif Süleymanlı, Məclisin katibi Arifə Hüseynli məruzə ətrafında fikirlərini bölüşüblər.

Bundan sonra ADR Partiyasının hazırladığı Demkratiyaya keçid Yol Xəritəsi müzakirə olunaraq qəbul edilib.

Yekunda Məclisin Qarabağda Azərbaycanın dövlət suverenliyinin bərpa olunmasına, Əhalinin iqtisadi durumu və müharibə iştirakçılarının sosial təminatına, Azadlıqların təminatı və represiyalara son qoyulmasına dair Qətnaməsi qəbul olunub.