həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır.

Qardaşım məhkəməsiz-filansız, qurama ittihamlarla Kürdəxanı təcridxanasında ölümə məhkum edilib.

Beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkəmizdəki diplomatik korpusları, hamını, hər kəsi - bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun ölüm hökmünün icrasının dayandırılmasına dəstək olmağa çağırıram.

Qalib Toğrul