Cənab Prezident!

Nəzərinizə çatdırırıq ki, ölkəmizi uzun illər dünyanın mötəbər tədris ocaqlarında ləyaqətlə təmsil etmiş professor Qubad İbadoğlu vətənə döndükdən 20 gün sonra – 23 iyul 2023-cü il tarixdə, polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılma zamanı ona, eləcə də həyat yoldaşına qarşı zorakılıq tətbiq edilmişdir. İyulun 24-də isə məhkəmə Qubad İbadoğlu haqqında Cinayət Məcəlləsinin 204.3.1 maddəsinə istinadla 3 ay 26 günlük həbs qətimkan tədbiri seçmişdir. Qubad müəllimin şəkərli diabet və ürək xəstəsi olmasına baxmayaraq, ona zəruri dərmanlardan istifadə etməsinə icazə verilməmiş – həyatı real təhlükəyə məruz qoyulmuşdur.

Hesab edirik ki, ölkəmizi uzun illər beynəlxalq platformalarda, o cümlədən dünyanın yüksək reytinqli universitetlərdə ləyaqətlə təmsil edən bir elm adamına qarşı bu şəkildə davranış yolverilməzdir və ilk növbədə, dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirir.

Cənab Prezident!

Qubad İbadoğlu 1999-2000-ci illərdə Polşada - Varşava Ali İqtisad Məktəbində doktorluq proqramını müvəffəqiyyətlə başa vurub. 1995-1999-cu illərdə “Ekonomiks” qəzetinin baş redaktoru, 2000-2009-cu illərdə “Ekspert” Jurnalının baş redaktoru, 2002-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, 2013-2015-ci illər ərzində Azərbaycan Beyin Mərkəzləri Assosiyasının sədri olub.

Qubad İbadoğlu 2012-ci ildən İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi vəzifələrində çalışır. O, 2008-ci ildə qərargahı Londonda yerləşən “Ödədiyini Açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun üzvü, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin üzvü, 2011-2012-ci illərdə qərargahı Brüsseldə yerləşən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsinin üzvü, 2013-2019-cü illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT)-nin Beynəlxalq İdarə Heyətinin üzvü seçilmişdir

2020-ci ildən isə qərargahı Pekində yerləşən CAREC Beyin Mərkəzləri Şəbəkəsinin Strateji Məsləhət Qrupunun üzvüdür.

Professor Qubad İbadoğlu 2004/2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008/2009-cü tədris ilində Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universitetində, 2015/2016-cı tədris ilində Dürhamda ABŞ-ın Duke Universitetində, 2017/2018-ci tədris ilində Prinsetonda ABŞ-ın Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018/2021-ci tədris illərində Nyu Brunsvikdə ABŞ-ın Rutgers Universitetində elmi tədqiqatlarla və pedoqoji fəaliyyətlə məşğul olub.

2021-ci ildən günümüzədək isə Böyük Britaniyada London İqtisad və Siyasi Elmlər Məktəbinin professoru və baş elmi işçisi vəzifəsində çalışıb və iyul ayının 2-də Vətənə dönmüşdür. London İqtisad və Siyasi Elmlər Məktəbi onunla müqavilə müddətini daha iki tədris ili müddətinə uzatmışdır.

Cənab Prezident!

Düşünürük ki, bu qədər zəngin bioqrafiyaya malik bir alimin həbs edilməsi, erməni işğalına qarşı haqq mübarizəmizdə sərgilədiyimiz ədalətli mövqeyi də hədəf almaqdadır. Artıq erməni mediası bu həbsi bəhanə edərək, "Azərbaycanda yaşayan ermənilərin amanda olmaması" barədə bəzi iddialar irəli sürürlər...

Ona görə biz, bir qrup ölkə ziyalısı olaraq, tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz Sizə müraciət etmək qərarına gəldik.

Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz çəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq

durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, zərrə qədər də günahı olmayan bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız.

Böyük hörmət və ümidlə:

1. Hacıbaba Əzimov - professor, İstiqlalçı Millət vəkili

2. Nəsib Nəsibli - tarix elmləri doktoru, professor

3. Cavanşir Quliyev - bəstəkar, əməkdar İncəsənət xadimi.

4. Məmməd İsmayıl - şair, Türk Dünyası Yazarlar və sənətkarlar Vakfının mükafatı laureatı

5. Rüstəm Behrudi – şair

6. Hüseynəli İsmayılov - tibb elmləri doktoru, professor

7.Mehman Əliyev -Turan İnformasiya agentliyinin direktoru

8. Pərvanə Məmmədli - filologiya elmləri doktoru, professor

9. İdris Abbasov – filologiya elmləri doktoru, professor

10. Sabir Məmmədli - siyasi elmlər doktoru, professor

11. Siracəddin Hacı Filologiya elmləri doktoru

12. Mətləb Mütəllimov - hüquqşünas, İstiqlalçı Millət Vəkili

13. Eldəniz Quliyev - kinodramaturq.

14. Toğrul İsmayıl - professor

15. Kamil Vəli – professor

16. Sabit Bağırov – texnika elmləri namizədi

17. Ədalət Tahirzadə - professor

18. Firuz Mustafa - yazıçı, əməkdar incəsənət xadimi

19. Yasəmən Qaraqoyunlu - filosof alim

20. Xaləddin İbrahimli – professor, Qafqazşünas

21. Zemfira Sadıqova - Əməkdar artist, Prezident təqaüdçüsü.

22. Boran Əziz - tarix üzrə fəlsəfə doktoru

23. Zəkullla Bayramlı - filologiya üzrə fəlsəfə doktoru

24. Vüsalə Ağabəyli - filologiya üzrə fəlsəfə doktoru

25. Nazim Muradov - filologiya üzrə fəlsəfə doktoru

26. Faiq Ələkbərov - Fəlsəfə üzrə fəlsəfə doktoru

27. Yunus Sadıqov – dosent

28. Əli Şamil - folklorşünas alim

29. Zəki Bayram - ədəbiyyatşünas alim

30. Məmməd Talıblı - iqtisadçı alim

31. Səkinə Əliyeva - tədqiqatçı alim, ədəbiyyatşünas

32. Xəqani İsmayıl - tarixçi alim

33. Aydın Mədətoğlu - tarixçi

34. Şahlar Hacıyev - tarixçi

35. Rəhim Telman Sadıqbəyli - kinorejissor

36. Vaqif Azəryar - aktyor, rejissor

37. Yeganə Kərimzadə - rejissor, ssenarist

38. İbrahim Baba Nur - yazıçı, publisist

39. Vahid Qazi - yazıçı, ədəbi tənqidçi-araçdırmaçı

40. Məhəmməd İsrafiloglu - filoloq

41. Tofiq Həsənli - şair

42. Fəxrəddin Atakişi - şair

43. Ayaz Arabaçı - şair

44. Etibar Qərib - şair

45. Seydi Səfəroğlu - şair

46. Əbülfət Novruz - şair

47. Ayaz İmranoğlu - şair

48. Arif Pənahoğlu - şair

49. Sevinc Məmmədova – şair

50. İlqar Atabəyli şair

51. Naibə Yusif şair

52. Yeganə Əmiraslan - jurnalist

53. Sədaqət Maarif - jurnalist

54. Rövşən Kəbirli - jurnalist

55. Elman Eldaroğlu - jurnalist

56. Sədaqət Kamal - jurnalist, hüquq müdafiəçisi

57. Zakir Məmməd - tənqidçi, ədəbiyyatşünas

58. Elman Mustafazadə - Beynəlxalq "Xudafərin" jurnalının baş redaktoru

59. Tərlan Eyvazov -Rəssam

60. Namizəd Səfərov - hüquqşünas

61. Əlövsət Əliyev - hüquqşünas

62. Akif Qurbanov - hüquqşünas

63. Ataxan Əbilov - hüquqşünas

64. Hilal Məmmədov - hüquq müdafiəçisi

65. Fikrət Cəfərli - hüquq müdafiəçisi

66. Nəsrulla Nurullayev - Ahıl Ziyalılar Birliyinin sədri

67. Yaşar Ağazadə - hüquqşünas, hüquq müdafiəçisi

68. İbrahimxəlil Balayogullari - beynəlxalq hüquq üzrə mütəxəssis

69. Rəbiyyə Məmmədova - hüquq müdafiəçisi

70. Jalə Cəfərova - ictimai xadim

71. Rövşən Əhmədli - ictimai xadim

72. Qələndər Muxtarlı – tarixçi

73. Ələsgər Siyabli – tarixçi

74. Ramil Nəcəfli - bloger, psixoloq

75. Könül Nuriyeva - yazar, ictimai fəal

76. Nicat Qasım -ekonometrika üzrə mütəxəssis

77. İlqar Hüseynli- sosial-iqtisadi sahədə ekspert

78. Səadət Cahangir - şair

79. Elman Nəbiyev - reportyor

80. Elbəyi Həsənli - müstəqil jurnalist

81. Əlayif Həsənov - hüquqşünas

82. Aygün Həsənoğlu -Filologiya üzrə fəlsəfə doktoru, yazıçı

 

Qeyd: Müraciət imza üçün açıqdır.